Qax məktəblisi imtahanda ən yüksək nəticə göstərib - FOTO

15:42 - 11 İyun 2025 - ÖLKƏ İÇİ

Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbinin məzunu lll ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərib.

Ucnoqta.az xəbər verir ki, Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin məzunu Hümmətli Çiçək Hümmət qızı lll ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb. 

Yüksək uğur qazanmış abituriyenti, onun müəllimlərini və valideynlərini ürəkdən təbrik edirik!

Xəbər xətti