Çin və Koreya Respublikası birgə strateji etimadı artırmalı, azad ticarəti qorumalı və qlobal təchizat zəncirlərinin düzgün işləməsini təmin etməlidir.
Ucnoqta.az xəbər verir ki. bunu çərşənbə axşamı Çin prezidenti Si Cinpin Koreya Respublikasının prezidenti Li Çje Myonqla telefon danışığı zamanı deyib.
çin lideri bildirib ki, bütün səviyyələrdə və bütün sahələrdə mübadilələri gücləndirməliyik, strateji etimadı dərinləşdirməliyik, ikitərəfli əməkdaşlığı və çoxtərəfliliyi yaxından əlaqələndirməliyik, çoxtərəfliliyi və azad ticarəti birgə dəstəkləməliyik, qlobal və regional sənaye təchizat zəncirlərinin sabitliyini və düzgün işləməsini təmin etməliyik.
Çin prezidenti həmçinin insanlar arasında və mədəni mübadilənin gücləndirilməsinin, iki ölkənin əsas maraqlarına hörmət edilməsinin və strateji tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəldilməsinin vacibliyinə diqqət çəkib.