Məhkəmə sabiq nazirin həbs müddətini uzadıb

21:26 - 9 İyun 2025 - Xəbər

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistan Respublika Partiyasının sədr müavini, keçmiş təhsil və elm naziri Armen Aşotyanın ev dustaqlığının müddətini daha 2 ay uzadıb.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Aşotyan barəsində sözügedən həbs-qətimkan tədbiri 2024-cü il sentyabrın 11-dən qüvvəyə minib. Bundan əvvəl o, Mxitar Heratsi adına İrəvan Dövlət Tibb Universitetində törədilən sui-istifadə faktı üzrə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində çıxış edərək 2023-cü ilin iyun ayından həbsdə olub.

İstintaqı Ermənistan Respublikası İstintaq Komitəsinin Xüsusi Mühüm İşlər üzrə Baş İdarəsi aparır. 

Aşotyan 2005-2006-cı illərdə könüllülük əsasında YDMU rektorunun müşaviri işləyib; 2009-2016-cı illərdə Ermənistanın təhsil və elm naziri vəzifəsini tutub.

Xəbər xətti