Putin və Tramp şəxsi görüşlə bağlı hələ razılaşmayıb - Peskov

13:50 - 5 İyun 2025 - DÜNYA

Rusiya Federasiyası və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp dünənki telefon danışığı zamanı şəxsi görüş barədə razılığa gəlməsələr də, bunun zəruri olduğunu və lazımi şəkildə hazırlanmalı olduğunu başa düşürlər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə məlumat verib.

“Görüşlə bağlı razılıq əldə olunmayıb, çünki dövlət başçılarının ümumi anlayışı var ki, görüşün keçirilməsi zəruridir, lakin ona lazımi şəkildə hazırlaşmaq lazımdır. Belə hazırlığın sanballı nəticələri olmalıdır ki, bu nəticələr artıq ən yüksək səviyyədə qeydə alınsın”, - Kreml nümayəndəsi bildirib.

Xəbər xətti