ABŞ Küveyt ordusunun "Abrams" tanklarına xidmət üçün 325 milyonluq müqaviləni təsdiqləyib

00:17 - 5 İyun 2025 - DÜNYA

ABŞ Dövlət Departamenti Küveyt ordusunun "Abrams" tanklarına xidmət göstərmək üçün 325 milyon dollarlıq müqaviləni təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Müqavilə ehtiyat hissələrinin və digər materialların tədarükü, eləcə də yüklərin çatdırılması və avadanlıqlara texniki xidmət göstərilməsini nəzərdə tutur. Söhbət M1A2 və M1A2K tanklarından gedir.

Küveytin quru qoşunları təxminən 220 Abrams tankı ilə silahlanıb.

Xəbər xətti