Şəkidə arvadını öldürən tutuldu

12:56 - 6 İyun 2025 - ÖLKƏ İÇİ

Şəkidə həyat yoldaşını öldürən şəxs saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Həmid Əliyevin yeri müəyyən edilərək saxlanılıb. O, istintaqa təhvil verilib.

Qətlin ailədaxili münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Xəbər xətti