Tramp 1,1 milyard dollar itirdi

10:38 - 6 İyun 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp İlon Maskla ictimai qarşıdurma fonunda bir gündə 1,1 milyard dollardan çox itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.

Məlumata görə, “Trump Media & Technology Group” şirkətinin səhmləri 8% ucuzlaşıb və bu, prezidentə 202 milyon dollara başa gəlib. Bundan əlavə, Trampın memkoin dəyəri 10% ucuzlaşaraq dövlət başçısının sərvətini təxminən 900 milyon dollar azaldıb.

Xəbər xətti