“Azərsun Holdinq” ən yaxşı idarə olunan şirkətlərdən oldu

16:36 - 7 İyun 2025 - Xəbər

“Deloitte” şirkəti tərəfindən ənənəvi olaraq təşkil edilən “Best managed companies” biznes mükafatının sahibləri müəyyən olunub.

Ucnoqta.az xəbər verir ki, bu dəfə qaliblər arasında ölkəmizin aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” də yer alıb.

Müsabiqədəki iştirakçı şirkətlər müstəqil münsiflər heyəti tərəfindən strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri kimi dörd meyar əsasında qiymətləndirilirlər.

Adıçəkilən şirkətlər qrupu da 6 ay ərzində aparılan müvafiq yoxlama və müsahibələrdən uğurla keçərək adını qaliblər siyahısına yazdıra bilib.


Xəbər xətti