Bu yollarda tıxac var - Siyahı

08:16 - 10 İyun 2025 - AVTO

Bakının bir sıra yollarında sızlıq müşahidə olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. 
Hal-hazırda yollardakı vəziyyət: 
 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
 4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
 6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
 7. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
 8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
 9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
 10. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər xətti