"Can qoyduq, amma ..." - Emreli

23:10 - 10 İyun 2025 - İDMAN

Komandamızın bütün üzvləri meydanda mübarizə apardılar. Hamımız yaxşı nəticə üçün can qoyduq, amma alınmadı.

Ucnoqta.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli Macarıstana 1:2 hesabı ilə məğlub olduqları yoldaşlıq görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

O, nəticənin oyuna görə olmadığını bildirib: "Macarıstan yaxşı komandadır. Qələbə qazana bilmədik. Amma düşünürəm ki, bugünkü oyun gələcək görüşlərdə bir çoxumuza motivasiya ola bilər".

Qeyd edək ki, millimiz iyunun 7-də keçirilən ilk yoldaşlıq görüşündə Latviya yığması ilə Riqada 0:0 hesablı heç-heçə edib.

Xəbər xətti