Cəlilabadın bəzi küçələrində qaz kəsiləcək

12:15 - 10 İyun 2025 - ÖLKƏ İÇİ

Sabah Cəlilabad şəhərinin bəzi küçələrində təbii qazın verilişində fasilələr olacaq.

Ucnoqta.az xəbər verir ki, rayon ərazisində H.Əliyev prospekti-394 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi üçün qaz təchizatının iyunun 11-də saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Bu müddət ərzində şəhərin H.Əliyev prospekti, A.Azərtürk, Cavadxan, Şəhriyar, N.Nərimanov, Q.İsmayılov, F.Əhmədov, M.F.Axundov, Sabir, Babək, S.Axundov, Ş.Qurbanov, H.Məmmədov, Nizami, 28 may, Təbriz, Xətai, Fizuli, V.Niftullayev, D.Qorqud, V.Mürsəlov, S.Vurğun küçələri olmaqla 3 000 abonentin qaz təchizatı dayandırılacaq.

Xəbər xətti