Atışma Qrats şəhərindəki məktəbdə baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Kronen Zeitung” qəzeti məlumat yayıb.
Portalın məlumatına görə, azı 11 nəfər həlak olub. Daha əvvəl 8 nəfərin öldüyü bildirilirdi.
“Kronen Zeitung”un məlumatına görə, qurbanların sayı “iki rəqəmli rəqəmə” çatıb.
Polis hadisə yerindədir, məktəb binasında axtarış və təxliyyə aparılır. Hüquq-mühafizə orqanlarından bildirilib ki, artıq təhlükə yoxdur.
Hücum edən şəxs ölü tapılıb.