Kaliforniya qubernatoru fövqəladə məhkəmə iddiası qaldırdı

00:04 - 11 İyun 2025 - DÜNYA

Kaliforniya qubernatoru Qevin Nyusom ABŞ prezidenti Donald Trampın dəniz piyadaları və Milli Qvardiyanın Los-Ancelesə yerləşdirilməsi qərarını əngəlləmək üçün təcili məhkəməyə müraciət edib.

Ucnoqta.az-ın məlumatına görə, bu barədə siyasətçi öz Facebook səhifəsində məlumat verib.

“Mən indicə Trampın dəniz piyadaları və Milli Qvardiyanın Los-Ancelesə qeyri-qanuni yerləşdirilməsinin qarşısını almaq üçün təcili məhkəməyə müraciət etdim”, Nyusom yazıb.

Onun sözlərinə görə, prezident “Amerika vətəndaşlarına qarşı ABŞ ordusunu yerləşdirir” və bu, qubernatorun fikrincə, qəbuledilməzdir.

"Məhkəmələr dərhal bu qanunsuz hərəkətlərin qarşısını almalıdır", - o vurğulayıb.

Xəbər xətti