Kiyevdə baş verən partlayışlardan sonra dağıntılar olub

12:37 - 10 İyun 2025 - DÜNYA

Rusiyanın Ukraynaya kütləvi zərbələrindən sonra Kiyevin bir neçə rayonunda infrastruktura ziyan dəyib, yanğınlar da baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (SES) paytaxt şöbəsi məlumat yayıb.

Məlumata görə, şəhərin müxtəlif rayonlarında infrastruktura ziyan dəyib. Paytaxtın altı rayonunda, xüsusən də Obolonski rayonunda yanğınlar baş verib, anbarlarda yanğın hələ də söndürülür.

Eyni zamanda, Kiyev vilayəti üzrə SES departamenti Boryspolda sənaye obyektinin yandığını bildirir. Hazırda 2,5 min kvadratmetr sahədə yanğın söndürülüb.

Kiyevdə həyəcan siqnalı gecə saatlarında beş saatdan çox, bölgədə isə altı saatdan çox davam edib. Ukraynanın paytaxtı və ətraf rayonlarda partlayışlar baş verib. Bundan sonra Kiyevdə yanğın qeydə alınıb və şəhərin üzərindəki səmanı tüstü bürüyüb.

Xəbər xətti