Qan təzyiqini ölçərkən nəzərə alınmalı olanlar

07:42 - 11 İyun 2025 - DİGƏR

Qan təzyiqinin ölçülməsi zamanı ayaqları üst-üstə qoymaq və ya danışmaq təzyiqinizi 5-10 millimetr civə qədər dəyişə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə kardioloq Prof.Dr.Ergün Seyfeli xəbərdarlıq edib.
Qan təzyiqinin ölçülməsi ilə bağlı yanlış təsəvvürlərə də toxunan Prof.Dr.Seyfeli xəbərdarlıq edərək, “Təzyiq ölçərkən ayaqlarınızı çarpazlaşdırmaq və ya danışmaq ölçmədə 5-10% fərq yarada bilər.

Bu səbəbdən qan təzyiqinin ölçülməsində fiziki duruş çox vacibdir”. O, təzyiqi ölçməzdən əvvəl bəzi qaydalara əməl edilməli olduğunu da vurğulayıb.
"Təzyiqi ölçməzdən əvvəl insan ən az 15-20 dəqiqə dincəlməli və ölçən qolu dar geyimlərdən azad olmalı və manjet birbaşa dəriyə yapışmalıdır. Dirsəkdən alınan ölçmələr daha dəqiq nəticə verərkən, biləkdən ölçən cihazlara üstünlük verilməməlidir" –mütəxəssis deyir.

Qan təzyiqinin düzgün ölçülməsi üçün insanın qolunun dəstəklənməsi və ürək səviyyəsinə çatdırılması lazımdır.
O, həmçinin qeyd edib ki, ölçmə zamanı ayaqlar yerdə olmalıdır. O əlavə edib ki, dəqiqliyini yoxlamaq üçün köhnə rəqəmsal təzyiq ölçən cihazları yeni cihazlarla müqayisə etmək lazımdır.

Xəbər xətti