Venesuelanın Boliviyadakı səfirliyi naməlum şəxslər tərəfindən atəşə tutulub və binanın fasadına ziyan dəyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Boliviya Xarici İşlər Nazirliyinin rəhbəri Selinda Sosa məlumat verib.
Selinda Sosa Boliviya hakimiyyətinin Venesuela diplomatlarının hüquq və toxunulmazlıqlarını pozan bu vandalizm aktlarını qətiyyətlə pislədiyini söyləyib.
Sosa müvafiq orqanların hadisəni araşdırdığını deyib.
Venesuelanın xarici işlər naziri İvan Gil Pinto Boliviya hökumətinə insidentin araşdırılması üçün operativ addım atdığına görə təşəkkür edib.