İspaniya Kral Futbol Federasiyası (RFEF) millinin baş məşqçisi Luis de la Fuente ilə müqavilənin müddətini uzadıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə RFEF-in mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisin yeni müqaviləsi iyulda başa çatacaq 2028-ci il Avropa çempionatının sonuna qədər nəzərdə tutulub.
De la Fuentenin 63 yaşı var. O, 2022-ci ilin dekabrından İspaniya millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2024-cü ildə Avropa çempionatının qalibi olub.