3 prokuror təqaüdə göndərildi

15:58 - 28 Yanvar 2025 - Xəbər

Prokuror köməkçisi Mirdamət Əliyev, dövlət ittihamçıları Vaqif Əsədov və Azad Orucovun qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar Baş Prokurorluğun inzibati binasında görüş keçirilib.

Baş Prokurorluqdan Ucnoqta.az-a verilən xəbərə görə, onlara Baş prokuror tərəfindən verilmiş Fəxri fərmanlar təqdim edilib.

Tədbirdə, həmçinin, 70 illik yubileyinin tamam olması ilə əlaqədar prokurorluğun veteranı Fərman Rzayevə "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.

Xəbər xətti