Xalq artisti Fatma Mahmudova xəstəxanaya yerləşdirilib.
Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa insult keçirib.
O, bu gün özəl xəstəxanalardan birinə yerləşdirilib. Aktrisa hazırda həkim nəzarətindədir.
Qeyd edək ki, F.Mahmudova bundan əvvəl də beyin insultu keçirtdiyini açıqlamışdı.