Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Aleksandr Lukaşenkonu Belarusda keçirilən son prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib
Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Ərdoğan Ankara ilə Minsk arasında əməkdaşlığın möhkəmlənəcəyinə əminliyini bildirib.
“Əminəm ki, ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə mövcud əməkdaşlıq bizim birgə səylərimiz sayəsində qarşıdakı dövrdə daha da möhkəmlənəcək” - təbrikdə deyilir.