Bəzi Qazaxıstan şirkətləri Rusiyaya qarşı növbəti 16-cı sanksiyalar paketinə düşə bilər.
Ucnoqta.az xəbər verir ki, bunu Astanada jurnalistlərə Avropa Birliyinin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sallivan deyib.
“Hazırda biz yeni 16-cı sanksiyalar paketinin hazırlanması üzərində işləyirik.
Ola bilsin ki, siyahıya Qazaxıstan şirkətləri də əlavə olunsun, lakin hələlik qərar verilməyib.
Bununla bağlı bir daha qeyd etmək istərdim ki, siyahıya yalnız o şirkətlər əlavə edilib ki, onların sanksiyaları pozan fəaliyyətlə məşğul olmasına dair əlimizdə təkzibedilməz sübutlar var” - Sallivan qeyd edib.