ABŞ-ın son raket əleyhinə müdafiə sistemi "Dəmir Qübbə" nüvə silahlarını məhv etmək üçün lazerlərlə təchiz olunmuş kosmosda tutucuların yerləşdirilməsini nəzərdə tutur.
Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti məlumat yayıb.
ABŞ prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsetə daha əvvəl xəbər verildiyi kimi 60 gün ərzində yeni raketdən müdafiə sistemi üçün dizayn və yerləşdirmə planını təqdim etməyi tapşırıb.
Ağ Ev rəhbəri İsrailin məşhur hava hücumundan müdafiə sisteminə hörmət əlaməti olaraq onu “Amerikanın Dəmir Qübbəsi” adlandırıb.