Zaqatalada 27 yaşlı oğlan xəstəxanada ölüb

12:44 - 30 Yanvar 2025 - HADİSƏ

Zaqatalada 27 yaşlı oğlan xəstəxanada ölüb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, rayonun Yeni Suvagil kənd sakini, 1998-ci il təvəllüdlü Əhməd Şüay oğlu Əliyev yanvarın 26-da yüksək temperaturla Zaqatala Mərkəzi Rayon Xəstəxanasına daxil olub. 27 yaşlı Ə. Əliyev bu gün xəstəxanada dünyasını dəyişib.

Onda xəstəxanaya daxil olmazdan əvvəl 3 gün yüksək hərarət müşahidə olunduğu, temperatur düşmədiyi üçün xəstəxanaya müraciət edildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti