Baş nazirin müavini Samir Şərifova daha bir vəzifə verilib.
Ucnoqta.az xəbər verir ki, III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinə rəhbərlik edəcək.
Qeyd edək ki, Təşkilat Komitəsinə əvvəllər Gənclər və İdman naziri Fərid Qayıbov rəhbərlik edib. Yeni sərəncama əsasən, o, Komitə sədrinin müavini olacaq.
Samir Şərifov yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad edilərək, Baş nazirin müavini postuna təyin olunub.