BMT Təhlükəsizlik Şurası (TŞ) İsrailin Qətərin paytaxtına endirdiyi zərbələri pisləyib və ərəb ölkəsinin suverenliyinə dəstək verdiyini vurğulayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun Böyük Britaniyanın BMT yanında Daimi Nümayəndəliyinin X-də dərc etdiyi bəyanatında deyilir.
"Təhlükəsizlik Şurasının üzvləri sentyabrın 9-da əsas vasitəçinin ərazisi olan Dohaya endirilən zərbələri pisləyiblər. Onlar insan itkisindən dərin təəssüf hissi keçiriblər", - bəyanatda deyilir.
- Onlar BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq Qətərin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar”.