Dünyanın ən böyük aysberqi A23a-nın sahəsi daha 20% azalıb, ondan böyük bir buz parçası qopub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutunun (AARI) mətbuat xidməti məlumat yayıb.
"Hazırda A23a sahəsi 1423 kvadrat kilometrdir və o, hələ də dünyanın ən böyük sahəsi olaraq qalır", - hesabatda deyilir.
AARİ əlavə edib ki, aysberq hazırda Cənubi Corciya adasından 130 kilometr şimalda yerləşir. Alimlər buz blokunun küləyin və yerli cərəyanların təsiri altında parçalanaraq şimala doğru hərəkətini davam etdirəcəyini proqnozlaşdırırlar.
Aysberq A23a 1986-cı ildə Filçner buz rəfindən qopub.
Yarandığı vaxt onun sahəsi 4170 kvadrat kilometr idi - Sankt-Peterburqun ərazisindən demək olar ki, iki dəfə çox idi.