Cari ilin sertifkatlaşdırması prosesinin müsahibə mərhələsi bitdikdən sonra ümumilikdə 72 mindən çox təhsil verənin əməkhaqqısına əlavələr ediləcək.
Ucnoqta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.
O bildirib ki, ibtidai sinif üzrə ən zəif nəticə göstərən 4 min ətrafında müəllimin müqaviləsinə xitam verilib.