"Formula 1" Azərbaycan Qran-Prisi günlərində bəzi məktəblərdə dərslər onlayn olacaq.
Ucnoqta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 11-də media üçün keçirdiyi brifinqdə deyib. Nazir bildirib ki, 6 nömrəli məktəb, 132-134 saylı təhsil kompleksi, Elitar gimnaziya və digər mərkəzə yaxın müəssələrdə tədris 1 həftə distant formada təşkil ediləcək:
Onun sözlərinə görə, bununla bağlı məktəblərlə danışıqlar aparılır, siyahı açıqlanacaq.