Hindistanın Uttar Pradeş ştatının mərkəzi ştatında dini festivalda müvəqqəti səhnənin uçması nəticəsində 6 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ştat polisinə istinadən NDTV kanalı məlumat yayıb.
Məlumata görə, yüzlərlə mömin bambukdan hazırlanmış platforma məbədlərdən birinin üzərinə çıxıb. Tikili insanların ağırlığına tab gətirməyərək çöküb.
Zərərçəkənlər arasında polis əməkdaşları da var.