Məşhur aktyor ev dustaqlığına buraxıldı

17:52 - 27 Yanvar 2025 - Xəbər

Bir neçə gün əvvəl Dövlət Sərhəd Xidməti tərəfindən narkotik ittihamı ilə həbs edilən gənc aktyor Həsənağa Məmmədov (Həsən Ağa) ev dustaqlığına buraxılıb.

Ucnoqta.az Gununsesi.info-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi aktyor barəsində həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

Həsənağa Məmmədov istintaq prosesində olduğu üçün detallı danışmaqdan imtina edib:

"Məhkəmə araşdırdı və mənim barəmdəki həbs-qətimkan tədbirini dəyişdi".

Xəbər xətti