Hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb.
Ucnoqta.az xəbər verir ki, Kapital Bank məsələ ilə bağlı açıqlama verib.
Açıqlamada müştərilərin kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini edə biləcəkləri bildirilib:
"Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq.
Müştərilərimizə anlayışları üçün təşəkkür edirik".
19:59
"Kapital Bank"ın əməliyyat sistemində problem yaranıb
Ucnoqta.az xəbər verir ki, bankın "Birbank" tətbiqində müştərilərin balansı silinib. Həmçinin tətbiqin işində nasazlıq yaranıb, ödəniş etmək mümkün olmur.
"Kapital Bank" problemlə bağlı heç bir açıqlama vermir.
Qeyd edək ki, son vaxtlarda "Kapitalbank" müştəriləri kiberdələduzluq halları ilə daha tez-tez qarşılaşır. Kartlardan vəsaitlər oğurlanır.