Rusiya heç vaxt Krımı Ukraynaya qaytarmayacaq
Ucnoqqta.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bildirib edib ki, Rusiya heç vaxt Krımı Ukraynaya qaytarmayacaq və ruslar olduqları yerləri tərk etməyəcəklər.
"Rusiya Krımı heç vaxt qaytarmayacaq. Hətta Qərb də onlara deyir: "Uşaqlar, bu qapalı, həll olunmuş məsələdir. Bəs bu gün ruslar rus ordusunun nəzarətində olan əraziləri tərk edəcəklər? Onların indi olduqları yeri tərk etmələri üçün nə baş verəcəyini təsəvvür edə bilmirəm. Ona görə də ola bilsin ki, bu məsələ artıq həll olunub”. - deyə o prezident seçkilərində səs verdikdən sonra jurnalistlərə bildirib.