Zaqatala rayon sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, rayonun Axaxdərə kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Məmmədov dağlıq ərazidə yıxılıb və ehtiyatsızlıqdan üzərində daşıdığı ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölüb.
Fakt araşdırılır.