Almaniya Futbol Federasiyası (DFB) millinin baş məşqçisi Yulian Naqelsmann ilə müqavilənin müddətini uzadıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə DFB-nin mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.
37 yaşlı Naqelsmann Almaniya millisini 2023-cü il sentyabrın 22-də çalışdırıb və müqaviləsini ikinci dəfə uzadıb.