Aysundan boşanması ilə bağlı paylaşım: "Həyatın sınaqları səni yıxa bilər ..."

15:53 - 23 Yanvar 2025 - MAQAZİN

Xəbər verdiyimiz kimi, müğənni Aysun İsmayılovanın vəkil əri Ramil Vəliyevldən boşandığı məlumatları yayılıb. 

Ucnoqta.az xəbər verir ki, Aysun boşanması ilə əlaqədar paylaşım edib.

“Ramil Vəliyev mənim övladımın atasıdır. Övladımın gələcəyi var, ona görə ailəmlə bağlı heçnə danışmaq istəmirəm. Susma haqqımı seçirəm! Əziz media nümayəndələri, sevənlərim, dostlarım hər birinizdən xahiş edirəm mənə ailəmlə bağlı sual ünvanlamayın. Heç kim həyatından, seçimindən, qərarından siğortalanmayıb, Allah nə yazıbsa onu yaşayırıq”.

Aysunun digər paylaşımında deyilir: "Həyatın sınaqları səni yıxa bilər. Amma gözlərindəki işıq göstərir ki, yenidən qalxmağa gücün var".


Xəbər xətti