Cənubi Koreya prezidenti Yun Sok Yolun tərəfdarları Koreya Respublikası Konstitusiya Məhkəməsinin binası yaxınlığında keçirilən aksiyaya toplaşıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Polis Seulun şimalında dar küçələrdə avtobusların barrikadaları quraraq əraziyə ciddi nəzarət edib.
Məhkəmənin qapılarında prezidentə dəstək şüarları yazılmış çoxlu əklillər var.