AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Ucnoqta.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 19-cu turunda keçirilən “Kəpəz”-“Turan Tovuz” matçında baş verənlərlə bağlı qərarlar açıqlanıb.
19 yanvar 2025-ci il tarixində Misli Premyer Liqasında 19-cu turunun “Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilib.
“Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 800 manat cərimə edilib. Yerli azarkeşlər tərəfindən hakimlərin və rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Turan Tovuz” klubu 1000 manat cərimə edilib.
Azarkeşlər tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” daha 1500 manat cərimə edilib.