Hisilər yük gəmisinin heyətini azad edib

17:07 - 22 Yanvar 2025 - DÜNYA

Yəmənin Husilərin Ənsar Allah hərəkatı Omanın vasitəçiliyi ilə 2023-cü ilin noyabrında Ədən körfəzində ələ keçirilən “Galaxy Leader” yük gəmisinin heyətini azad edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, ekipaj atəşkəs razılaşmaları çərçivəsində HƏMAS hərəkatı ilə razılaşdırılaraq azad edilib.

Ekipaj üzvləri hazırda Omandadırlar və sərbəst buraxıldıqdan sonra oraya aparılıblar.

Xəbər xətti