Avropa Komissiyası 2025-ci ildə həm Kiyevə çatdırılma, həm də öz ehtiyatlarını artırmaq üçün Aİ-də mərmi istehsalını 2 milyona çatdırmaq niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu sözləri Avropanın müdafiə üzrə komissarı Andrius Kubilius Brüsseldə Avropa Müdafiə Agentliyinin illik konfransında çıxışı zamanı deyib.
“Ukraynanın ehtiyac duyduğu artilleriya mərmilərinin istehsalını 2023-cü ildəki 300 mindən 2025-ci ildə 2 milyona çatdırdıq” - Kubilius bildirib.