Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

14:45 - 21 Yanvar 2025 - Xəbər

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

“Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”,- deyə qeyd edilib.

Xəbər xətti