ABŞ administrasiyasının səlahiyyət müddəti başa çatan rəhbəri Co Bayden ailə üzvlərini əfv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Baydenin Ağ Evin mətbuat xidməti tərəfindən yayılan yazılı bəyanatında deyilir.
Sənədə görə, vəzifəsini tərk edən administrasiya rəhbəri hesab edir ki, onun ailə üzvləri barışmaz hücumlara və təhdidlərə məruz qalırlar və bu hücumların dayanacağına inanmaq üçün heç bir əsas yoxdur.
Prezidentin əfv fərmanı vəzifəsini tərk edən administrasiya rəhbərinin qardaşları Frensis və Ceymsə, sonuncunun həyat yoldaşı Saraya, Baydenin bacısı Valeriyə və əri Cona şamil edilir.
Bayden deyib ki, ailə üzvlərini əfv etmək onların səhv hərəkət etdiklərini etiraf etmək kimi qəbul edilməməlidir.