Xankəndidə usta belində “Makarov”la tutuldu

23:33 - 20 Yanvar 2025 - ÖLKƏ İÇİ

Xankəndiyə usta işləməyə gedən şəxs “Makarov”la tutulub. Onun yaşadığı evə baxış keçirilən zaman əlavə silah-sursat da aşkar edilib.

Ucnoqta.az Musavat.com-a istinadən xəbər verir ki, Əmrah.A Xankəndidə usta işləyirmiş.

O, işdən sonra Xankəndində olan boş evlərə daxil olurmuş. Bu zaman “Kalaşnikov” avtomatının 3 ədəd süngüsünü, “Makarov” tapançası və bir neçə patron əldə edərək saxlayıb. Əmrah həmin silah-sursatı Xankəndidə işləyəndə boş vaxtlarında sahibsiz evlərə girən zaman tapdığını deyib. Sonra da yaşadığı evə gətirərək gizlədib.

Əmrah deyib ki, “Makarov”u belinə qoyub evə gələn zaman yolda silah belindən düşüb. Silahı götürən zaman da polislər bunu görüb və onu polis idarəsinə aparıblar.

Təqsirləndirilən şəxs deyib ki, silahı götürməkdə məqsədi polisə təhvil vermək olub. “Makarov”la tutulandan sonra evdəki 3 süngü bıçağını da polislərə təhvil verib.

Əmrah əlavə edib ki, bıçaqların avtomata adi olduğunu bilməyib, sadəcə, aksesuar kimi götürübmüş. Əmrah silahı polisə təhvil verəcəyini desə də silahı götürəndən sonra evə getdiyi istiqamətdə saxlanılıb.

Məhkəmənin hökmü ilə Əmrah.A 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər xətti