Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon sakini Aslan Abuşovun evinin zirzəmisindən 6 kiloqram marixuana aşkarlanaraq götürülüb. Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı isə rayon sakini Allahyar Bədəlov da saxlanılıb.
Həmin şəxsdən satış məqsədilə əldə etdiyi marixuana və 1 ədəd elektron tərəzi aşkarlanıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.