Belarus fevralın 1-dən neft tranzit tarifini qaldırır

11:00 - 17 Yanvar 2025 - İQTİSADİYYAT

Belarusun Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi öz ərazisindən neft daşınması üçün yeni tariflər müəyyən edib

Ucnoqta.az xəbər verir ki, sənəd Milli Hüquq Portalında dərc olunub.

"Gomeltransneft Drujba" magistral boru kəmərləri ilə Uneça (Vısokoye) - Adamova Zastava istiqamətində neft nəqli xidmətlərinin tarifi 1 ton üçün 698,48 Rusiya rublu təşkil edəcək.
Uneça (Vısokoye) - Brodı və Uneça (Vısokoye) - Belarus və Ukrayna sərhədi marşrutlarında tarif 1 ton üçün 239,52 Rusiya rublu olacaq.

Beləliklə, hazırkı tariflərlə müqayisədə neftin Belarus ərazisindən nəqlinin dəyəri 11% artacaq.

Xəbər xətti