Tramp tezliklə "TikTok" ilə bağlı qərar verəcəyini vəd edib

21:11 - 17 Yanvar 2025 - DÜNYA

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp TikTok sosial şəbəkəsinin gələcəyi ilə bağlı qərarının yaxın vaxtlarda veriləcəyini bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə o, Truth Social sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Ali Məhkəmənin qərarı gözlənilən idi və hamı buna hörmət etməlidir. "TikTok" ilə bağlı qərarım yaxın vaxtlarda veriləcək, lakin vəziyyəti öyrənmək üçün vaxta ehtiyacım var. İzləmədə qalın!" - Tramp qeyd edib.

“Nəhayət, bu, məndən asılıdır və siz mənim nə edəcəyimi görəcəksiniz”, – Tramp vurğulayıb.
O, ABŞ Ali Məhkəməsinin tətbiqi qadağan edən qanunu təsdiq etməsindən sonra CNN-ə şərh verib.
Qadağanın ləğvi və ya gecikdirilməsi üçün tədbir görəcəkmi sualına o, belə cavab verib: “Konqres mənə qərar vermək səlahiyyəti verib və mən bu qərarı verəcəyəm”.

Xəbər xətti