Azərbaycanda Aliment Fondu yaradılacaq

20:36 - 18 Yanvar 2025 - Xəbər

Azərbaycanda Aliment Fondunun yaradılması yubanır. Bununla bağlı bir neçə ildir ki, müzakirə aparılsa da, hələ də yekun qərar yoxdur.

Zaman-zaman alimentin mütəmadi olaraq ödənilməsi prosesində yaranan problemlər fondun yaradılmasının önəmini daha da artırır. Bəs proses hansı mərhələdədir?

Ucnoqta.az xəbər verir ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyindən "Xəzər Xəbər"ə bildirilib, hazırda Aliment Fondunun yaradılması və bununla əlaqədar digər məsələlərin təşkili üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə qurumlararası işçi qrupu formalaşdırılmaqdadır.

Komitədən isə prosesə aidiyyəti qurumun Ədliyyə Nazirliyi olduğu qeyd edildi. 

Qeyd edək ki, dünyanın bir çox ölkələrində hökumət tərəfindən aliment fondu yaradılıb. Əgər valideyn üzərinə düşən öhdəliyi yerinə yetirə bilmirsə - aliment pulunu ödəməyə imkanı çatmırsa, bu zaman dövlət alimentin ödənilməsini öz üzərinə götürür.

Xəbər xətti