İstanbulda İŞİD terror təşkilatına pul göndərdiyi iddia edilən 12 şübhəli saxlanılıb.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlı terror təşkilatı İŞİD-ın hərəkət və fəaliyyətlərinin üzə çıxarılması üçün İstanbul Respublika Baş Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.
İstanbul İl Jandarma Komandanlığı Terrorla Mübarizə Şöbə Müdirliyi tərəfindən Kağıthane, Sultanqazi, Esenyurt, Sarıyer, Sultanbəyli, Kadıköy, Şişli, Ataşehir və Qaziosmanpaşa yaşayış məntəqələrində eyni vaxtda keçirilən əməliyyatlarda 12 şübhəli saxlanılıb.
Axtarışlar zamanı çoxlu sayda rəqəmsal material, 1 silah, 2 maqazin və 120 güllə ələ keçirilib.
Qaçan 4 şübhəlinin axtarışları davam edir.