Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığına hazırlıq hələ ki, aparılmır.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kremlin sözçüsü Trampın komandasının artıq Kremllə əlaqə saxlayıb-çatmadığı və iki prezident arasında danışıqlara hazırlığın başlanıb-başlanılmaması ilə bağlı suala “Hələ yox” deyə cavab verib.