İran Trampla danışıqlara başlamağa hazır olduğunu bildirib

12:32 - 21 Yanvar 2025 - DÜNYA

ABŞ-ın yeni prezidenti Donald Tramp müvafiq istək ifadə edərsə, İran sanksiyaların ləğvi ilə bağlı ABŞ-la danışıqları bərpa etməyə hazırdır.

Ucnoqta.az xəbər verir ki, bunu SNN telekanalının efirində İslam Respublikası xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

“İran əvvəlki kimi sanksiyaların ləğvi ilə bağlı danışıqlara başlamağa və ya bərpa etməyə hazırdır. Qarşı tərəf belə bir istək ifadə edərsə, o zaman danışıqlar mütləq baş tutacaq”, - o, Trampla dialoqun başlanmasının mümkünlüyü ilə bağlı sualı cavablandırıb.

Xəbər xətti