“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda Rumıniyanın FCSB klubu ilə keçirəcəyi ev oyununun hakimləri açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, UEFA yanvarın 23-də Bakıda təşkil olunacaq görüşü Slovakiyadan olan hakimlər briqadasına həvalə edib.
Qarşılaşmanın baş hakimi Filip Qlova olacaq. Ona Daniel Polaçek və Peter Bednar yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Lukaş Dzivyak icra edəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq “Qarabağ” – FCSB qarşılaşması saat 21:45-də start götürəcək.